Bakıda mühafizəçi qarət edilib

Bakıda mühafizəçi qarət edilib
# 21 fevral 2014 09:58 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda mühafizəçi qarət edilib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə saat 01 radələrində, rayonun Məzahir Rüstəmov küçəsi, ev 3-ün qarşısında qeydə alınıb.

Naməlum şəxs Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Rövşən Ramil oğlu İlyasova yaxınlaşaraq içərisində sənədlər və 600 manat olan pul kisəsini ondan alaraq hadisə yerindən uzaqlaşıb.

Polisdən, həmçinin bildirilib ki, R. İlyasov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Nizami Rayon Şöbəsində mülki mühafizəçisi vəzifəsində işləyir.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR