“ASAN” Səyyar Xidmət Mingəçevir və Yevlaxda fəaliyyət göstərir

“ASAN” Səyyar Xidmət Mingəçevir və Yevlaxda fəaliyyət göstərir
# 05 sentyabr 2013 10:10 (UTC +04:00)

Bakı - APA. “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.

Xidmətdən APA-ya verilən məlumata görə, artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda Qəbələ , Kürdəmir rayonunda Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam , Lənkəran şəhərində isə Lənkəran və Lerik rayonlarının sakinlərinə Səyyar “ ASAN Xidmət” göstərilib.

Sentyabrın 5-dən 21-dək Mingəçevir və Yevlaxın ümumi sayı 200000-dən çox olan sakinləri Səyyar “ASAN Xidmət”dən Yevlax rayonunda yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR