Yavər Camalov: “Bakıda keçiriləcək ADEX-2014 sərgisində 30 ölkədən çoxlu sayda şirkətin iştirakını gözləyirik”

Yavər Camalov: “Bakıda keçiriləcək ADEX-2014 sərgisində 30 ölkədən çoxlu sayda şirkətin iştirakını gözləyirik”
# 09 may 2013 16:28 (UTC +04:00)

İstanbul. Rəşad Süleymanov - APA. İstanbulda keçirilən İDEF-2013 sərgisi çərçivəsində 2014-cü il sentyabrın 17-dən 19-dək Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisi barədə məlumat beynəlxalq hərbi ictimaiyyətə açıqlanıb.

APA-nın məlumatına görə, sərgidə ADEX-2013 sərgisi barədə broşürlər iştirakçı firmalara paylanıb.

Müdafiə sənayesi naziri Yavər Camalov APA-ya açıqlamasında sərgidə 30 ölkədən çoxlu sayda şirkətin iştirakını gözlədiklərini bildirib. ADEX sərgisinin Azərbaycan Silahlı Qüvvələrinin və müdafiə sənayesinin əlaqələrinin genişlənməsi baxımından mühüm hadisə olacağını deyən Y.Camalov yerli müdafiə sənayesinin də öz imkanlarını dünyaya duyuracağını vurğulayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR