BMT-nin müfəttişləri Suriyanın rəsmiləri ilə görüşlər keçirib

BMT-nin müfəttişləri Suriyanın rəsmiləri ilə görüşlər keçirib
# 26 sentyabr 2013 20:49 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 24-də Dəməşqə dönən BMT-nin müfəttişləri Suriyada kimyəvi silahdan istifadə ehtimallarının araşdırılmasını davam etdirmək üçün hazırlıq işlərini yekunlaşdırıblar. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki bildirib.

“Dəməşqə qayıdan komanda görüləcək işlərə hazırlıqları yekunlaşdırıb. Belə ki, onlar Suriyanın hakimiyyət qurumları ilə bir sıra görüşlər keçirərək fəaliyyətlərini müzakirə ediblər”, deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR