® Bakıda əfsanəvi “Lamborghini”nin rəsmi nümayəndəliyinin açılış mərasimi keçirilib - FOTOSESSİYA

<font color=red>® </font>Bakıda əfsanəvi “Lamborghini”nin rəsmi nümayəndəliyinin açılış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 09 iyun 2014 12:23 (UTC +04:00)

Bakı - APA-Economics. Bakıda əfsanəvi avtomobil brendi “Lamborghini”nin rəsmi nümayəndəliyinin açılış mərasimi keçirilib.

APA-Economics”in xəbərinə görə, “Lamborghini”nin “Flame Towers”də yerləşən salonunda keçirilən açılış mərasimində şirkət rəhbərliyi də iştirak edib.

Tədbir iştirakçılarını salamlayan “Lamborghini” avtomobil şirkətinin Avropa, Afrika və Yaxın Şərq üzrə rəhbəri Kristian Mastro şirkətin yaranma tarixi, keçdiyi inkişaf yolu haqda ətraflı məlumat verib. Azərbaycanda yeni diler şəbəkəsinin açılmasından məmnunluğunu ifadə edən K.Mastro şirkətin istehsal etdiyi avtomobillərdən sürücülərin həm yarış traslarında, həm də magistral yollarda rahat istifadə edə biləcəyini söyləyib: “Mən Azərbaycandakı yeni V10 super idman avtomobilinin satışının başladığı üçün çox şadam”.

“Lamborghini” avtomobillərinin satışının təxminən 66%-nin Avropadan kənarda baş tutduğunu bildirən K.Mastro iqtisadi böhrana baxmayaraq, dövriyyələrinin sürətlə artdığını sözlərinə əlavə edib: “2010-cu ildən etibarən satışımız qalxmaqda davam edir. Avropadakı iqtisadi böhrana baxmayaraq, biz işçilərimizin sayını artırırıq. 2000-ci ilə qədər 400 nəfər işçimiz olduğu halda, 2013-cü ildə işçilərimizin sayı 1029 nəfərə yaxınlaşıb. Yeni işçi qəbuluna davam edəcəyik”.

Şirkət əsasən 2 model - “Aventador” və “Huracan” avtomobillərini istehsal edir. Avtomobillərin funksiyaları haqda geniş məlumat verilib. Bundan əlavə, yeni “Lamborghini Huracán LP 610-4” avtomobili rəsmi olaraq tədbir iştirakçılarına təqdim olunub.

Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, şirkətin əsası 1963-cü ildə sahibkar Ferruççio Lamborghini tərəfindən qoyulub. Dünyada 6 milli satış şirkəti olan “Lamborghini”nin 129 ölkədə diler şəbəkəsi mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR