Azərbaycan şirkətləri Xorvatiyada turizm obyektinin tikintisində iştirak edə bilər

Azərbaycan şirkətləri Xorvatiyada turizm obyektinin tikintisində iştirak edə bilər
# 14 fevral 2014 15:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xorvatiyada turizm obyektinin tikintisi üzrə tender elan edilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, Xorvatiyada Zupa Dubrovaçka əyalətinin Kupari I zonasında turizm obyektinin tikintisi üzrə tender elan edilib.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar layihədə iştiraka dəvət olunurlar. Tender haqqında ətraflı məlumat əldə etmək və tenderdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR