Nyu Yorkda azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirib - FOTO

Nyu Yorkda azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirib - <span style="color: red;">FOTO
# 27 fevral 2014 08:15 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları әllәrində Azәrbaycan, Türkiyə, Amerika bayraqları, Xocalıya ədalət tələb edən və faciәni әks etdirən plakatlar tutublar.

Onlar “Ermәnistan terrorçu”, “Ermənistan uşaq vә qadın qatili”, “Ermәnistan, etdiklәrindәn utan!”, “Ermәnistan, Azərbaycandan və Türkiyәdən əlini çәk!” kimi şüarlar sәslәndirib. Mitinq çərçivəsində yerli sakinlərə və turistlərə Xocalı faciәsi haqqında broşürlər paylanıb.

Aksiyaya Türk icmasının nümayəndələri də qatılaraq soydaşlarımıza dəstək nümayiş etdiriblər və bu dәhşәtli faktı bütün dünyaya çatdırmaq üçün әllәrindәn gәlәni edәcәklәrinә söz veriblər.

Amerikalı yazıçı xanım Lisa Hellman Lomauro etiraz nümayişində iştirak edib. O, Ermәnistan və Azərbaycan arasındakı uzunmüddətli münaqişәnin həlli yolunda əlindən gələn köməyi göstərәcəyinә söz verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR