Azərbaycan güləşçisi Ermənistan nümayəndəsinə qalib gələrək Avropa çempionu oldu - VİDEO

Azərbaycan güləşçisi Ermənistan nümayəndəsinə qalib gələrək Avropa çempionu oldu - <span style="color: red;">VİDEO
# 04 aprel 2014 20:40 (UTC +04:00)

APA-nın məlumatına görə, 70 kq-da yarışan Azərbaycan təmsilçisi Ruslan Dibirhacıyev 1/8 finalda belaruslu Anton Afanasyevi, 1/4 finalda macarıstanlı İstvan Qulyası, yarımfinalda Türkiyə güləşçisi Yakup Görəni üstələyərək finala vəsiqə qazanıb.

Həlledici görüşdə Ruslan erməni güləşçi Qriqor Qriqoryanı 12:2 hesabı ilə məğlub edərək Avropanın ən güclüsü adını qazanıb.

Xatırladaq ki, Azərbaycan yığması Avropa birincilyində bundan əvvəl 5 medal əldə edib. Mariya Stadnik (48 kq) və Hacı Əliyev (61 kq) qızıl, İrina Netreba (58 kq), Xetaq Qazyumov (97 kq) və Cəbrayıl Həsənov (74 kq) gümüş medal qazanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR