Gəncə şəhərində yeni doğulan körpə ölüb - VİDEO

Gəncə şəhərində yeni doğulan körpə ölüb - <span style="color: red;">VİDEO
# 17 iyun 2014 10:29 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Gəncə Perinatal Mərkəzində qeydə alınıb.

Bərdə rayon sakini Aygün Süleymanova doğuş üçün iyunun 14-də mərkəzə müraciət edib. Həmin gün onun oğlu dünyaya gəlib. Yarım sutkadan sonra isə uşaq mərkəzdə ölüb.

Aygün Süleymanovanın atası Ramiz Süleymanov qızının hamiləliyinin ilk dövründən mərkəzdə qeydiyyata düşdüyünü, dəfələrlə müayinələrdən keçdiyini, həkimlərin ona hər şeyin qaydasında olduğunu dediklərini bildirib.

Onun sözlərinə görə, uşağın ölümünün səbəbi açıqlanmır.

Bu, A. Süleymanovanın ikinci hamiləliyi olub.

Bərdə rayon sakini olan A. Süleymanovanın həyat yoldaşı hərbçidir və Daşkəsəndəki hərbi hissələrdən birində qulluq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR