YAP-ın icra katibinin müavini: “Həminki adamlar, həminki sifətlər idi”

YAP-ın icra katibinin müavini: “Həminki adamlar, həminki sifətlər idi”
# 12 oktyabr 2013 15:12 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

S. Novruzov qeyd edib ki, bu mitinqin əvvəlkindən tək bir fərqi vardı: “Hiss olunurdu ki, bu mitinqin idarə olunmasında hansısa xarici qüvvənin, təşkilatın əli var”.

YAP rəsmisi mitinq iştirakçılarının və təşkilatçılarının YAP lideri ilə bağlı “şər-böhtan xarakterli fikirlər səsləndirdiklərini” deyib: “Bilirsiniz, demokratiya yaxşı şeydir, amma qanunun aliliyinə də daim hörmət eləmək lazımdır. O mitinqin iştirakçıları, təşkilatçıları yığışıb YAP-ın lideri, ölkə başçısı haqqında ağızlarına gələni danışıb təhqir edirlər, şər-böhtan atırlar. Əgər onlar növbəti dəfə də belə hərəkətlərə yol versələr, biz qanun çərçivəsində ölçü götürülməsini tələb edəcəyik. Çünki hamı istənilən addımı atan zaman Azərbaycan qanunlarına hörmət etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR