Separatçılar Ukrayna ordusunun blokpostuna hücum ediblər: ölən və yaralananlar var

Separatçılar Ukrayna ordusunun blokpostuna hücum ediblər: ölən və yaralananlar var
# 24 iyun 2014 21:34 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Antiterror Əməliyyatın rəsmi nümayəndəsi Vladislav Seleznyov bildirib.

Onun sözlərinə görə, separatçıların Ukrayna ordusunun ölkənin şərqində dövlət sərhədinin müəyyən hissəsinin mühafizəsini təmin edən dayaq məntəqəsinə hücumu itkilərlə nəticələnib. Belə ki, minaatanlardan və tank əleyhinə idarə olunan raket qurğusundan açılan atəş nəticəsində piyadanın döyüş maşını (BTR) sıradan çıxıb, 2 hərbçi həlak olub, 3-ü isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR