Bakıda Ərdəbildən olan rəssamın fərdi yaradıcılıq sərgisi açılacaq

Bakıda Ərdəbildən olan rəssamın fərdi yaradıcılıq sərgisi açılacaq
# 21 noyabr 2013 16:50 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Noyabrın 22-də Muzey Mərkəzinin Sərgi Qalereyasında Ərdəbildən olan rəssam Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisinin açılışı olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgidə rəssamın rəngkarlıq, qrafika və fotolarda monumental heykəltəraşlıq sahəsində yaratdığı 120-dək əsər nümayiş etdiriləcək.

Nazirlikdən bildiriblər ki, rəssamın 1990-cı ildə Los-Ancelesdə, 1992-ci ildə Fransada, 1995-ci ildə Kanadada fərdi sərgiləri keçirilib. Tehran, Təbriz, Rəşd, Ənzəli və Ərdəbildə təşkil edilmiş çoxsaylı fərdi və birgə sərgilərin iştirakçısıdır: “Rəssamlıq və heykəltəraşlıqdan başqa Vədud Müəzzin eyni zamanda müğənni kimi də tanınır. O, “Sarı gəlin”, “Misri”, “Ana” və s. Azərbaycan xalq və aşıq mahnıları ilə yanaşı muğamlarımızı da ifa edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR