“Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” adlı beynəlxalq konfrans keçirilib - FOTO

“Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” adlı beynəlxalq konfrans keçirilib - <span style="color: red;">FOTO
# 30 aprel 2014 07:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” adlı beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli təbirin əhəmiyyətindən danışıb. Daha sonra tədbirdə İngiltərə və Uels Hüquqşünaslar Cəmiyyətinin prezidenti Nicholas Fluck, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Britaniya - Azərbaycan Hüquqşünaslar Assosiasiyasının sədri Adrian Hughes, Britaniya – Azərbaycan Hüquqşünaslar Assosiasiyasının sədr müavini Rəvan Məhərrəmov çıxış ediblər. Onlar Britaniya Azərbaycan Hüquqşünaslar Assosiasiyasının yaranması barədə danışıblar. Tədbirdə Böyük Britaniya və Azərbaycan Respublikasının hüquq sisteminin müqayisəli təhlili aparılıb.

Qeyd olunub ki, Britaniya - Azərbaycan Hüquqşünaslar Asossiasiyası Böyük Britaniya və Azərbaycan arasında əlaqələri artırmaq və biznes imkanlarını dəstəkləmək üçün Britaniya Azərbaycan Hüquq Asossiasiyası əlaqələri inkişaf etdirmək məqsədi ilə layihəni həyata keçirir.

Daha sonra tədbirdə müxtəlif mövzularda çıxışlar başlanıb. “İdman hüququ” mövzusunda Bakı Hüquq Mərkəzinin hüquqşünası Qumru Mehdiyeva çıxış edib. Beynəlxalq konfransda “Beynəlxalq Müqavilələr və Ticarət” mövzusunda Andrew Terry, Ayxan Əsədov və Rəşad Axundovun məruzələri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR