Azərbaycanda yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumu müddətsiz ləğv edilib - YENİLƏNİB

Azərbaycanda yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumu müddətsiz ləğv edilib - <span style="color: red;">YENİLƏNİB
# 26 fevral 2014 10:03 (UTC +04:00)

APA-nın məlumatına görə, dəyişiklik avtomobil benzin növləri üzrə gömrük idxal rüsumu dərəcələri ilə bağlıdır.

Dəyişikliyə əsasən, 95-dən az oktan ədədi ilə ifadə olunan (A-72 markalı) benzin növü üzrə 15 faizlik gömrük idxal rüsumu ləğv edilib. Bu qərar 2014-cü il iyunun 1-dək qüvvədədir. A-95 və daha yüksək markalı benzin növləri üzrə də 15 faizlik gömrük idxal rüsumu ləğv edilib və bu, zamanla məhdudlaşdırılmayıb. Yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumunun ləğv edilməsi fevralın 1-dən qüvvədədir.

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2014-cü il 21 yanvar tarixli 16 nömrəli qərarını isə ləğv edib. Həmin qərara əsasən, bütün benzin növləri üzrə 15 faizlik gömrük idxal rüsumu bu il iyunun 1-dək ləğv edilmişdi.

Nazirlər Kabinetinin digər qərarı ilə 95-dən az oktan ədədi ilə ifadə olunan benzin növü üzrə aksiz vergisi 1 ton üçün 250 dollardan 1 dollara endirilib. Bu qərar da iyunun 1-dək qüvvədədir. 95 və ya daha çox, lakin 98-dən az oktan ədədi ilə ifadə olunan yanacaq növləri üzrə aksiz vergi dərəcəsi 1 ton üçün 100 dollar, 98 və ya daha çox oktan ədədi ilə ifadə olunan yanacaq növləri üzrə aksiz vergi dərəcəsi 1 ton üçün 150 dollar müəyyənləşdirilib və bu, zamanla məhdudlaşdırılmayıb. Yüksək markalı benzin növləri üzrə yeni aksiz vergi dərəcələri fevralın 1-dən qüvvədədir.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" 2014-cü il 21 yanvar tarixli 15 nömrəli qərarı isə ləğv edilib. Həmin qərara əsasən 95-dən az oktan ədədi ilə ifadə olunan benzin növü üzrə aksiz vergisi 1 ton üçün 1 dollar müəyyənləşdirilmiş, 95 və daha çox oktan ədədi ilə ifadə olunan benzin növləri üzrə isə hər hansı dəyişiklik edilməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR