Türkiyənin Reyhanlı qəsəbəsində daha bir partlayış baş verib

Türkiyənin Reyhanlı qəsəbəsində daha bir partlayış baş verib
# 11 may 2013 21:09 (UTC +04:00)

Bakı-APA. Mayın 11-də ən azı 40 nəfərin ölməsi və 100-dən çox adamın yaralanması ilə nəticələnən terror aktların törədildiyi Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində daha bir partlayış baş verib.

APA-nın məlumatına görə, Türkiyənin rəsmi qurumlarının açıqlamasına əsasən, bu partlayış bir müddət öncə törədilmiş partlayışlarla əlaqəli deyil.

Reyhanlı qəsəbəsinin rəsmiləri açıqlamalarında bildiriblər ki, sonuncu insident partlayıcı qurğu ilə deyil, avtomobildə yanacaq çəninin partlaması ilə bağlı olub.

Məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR