Gəncədə Mirzə Şəfi Vazehin 220 illik yubileyi qeyd olunacaq

Gəncədə Mirzə Şəfi Vazehin 220 illik yubileyi qeyd olunacaq
# 10 yanvar 2014 12:40 (UTC +04:00)

APA-nın qərb bürosunun xəbərinə görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Gəncədə Mirzə Şəfi Vazehin adını daşıyan park təmir edilir və orada şairin muzeyi tikiləcək.

Muzeydə şairin əsərləri, onun həyat və yaradıcılığını əks etdirən materiallar nümayiş ediləcək. Bundan başqa, parkda şairin heykəli də qoyulacaq. Yubiley çərçivəsində şəhərdə bir sıra tədbirlər də keçiriləcək.

Qeyd edək ki, Mirzə Şəfi Vazeh 1794-cü ildə Gəncədə anadan olub, 1852-ci ildə Tiflisdə dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR