Rusiya XİN İsrailin Suriyaya hərbi zərbələr endirməsi ilə bağlı bəyanat yayıb

Rusiya XİN İsrailin Suriyaya hərbi zərbələr endirməsi ilə bağlı bəyanat yayıb
# 06 may 2013 13:25 (UTC +04:00)

Moskvada narahatlıq doğuran əsas məqam İsrailin Dəməşq yaxınlığındakı obyektlərə havadan zərbələr endirməsi barədə son məlumatlardır”. APA-nın məlumatına görə, bu fikirlər Rusiya XİN-in xüsusi nümayəndəsi Aleksandr Lukaşevişin bəyanatında öz əksini tapıb.

“Biz İsrailin mayın 3-ü və 5-də Dəməşq yaxınlığındakı obyektlərə İsrailin zərbələr endirməsi barədə xəbərləri dəqiqləşdirir və bütün amilləri analiz edirik. Hərbi qarşıdurmanın davam etməsi Suriyadan başqa həm də Livanda yeni gərginlik ocaqlarının yaranması riskini artırır”.

Moskva həmçinin hökumət qüvvələri ilə müxalifət arasında silahlı qarşıdurmalarda kimyəvi silahdan istifadə edilməsi barədə xəbərlərdən də narahatlıq keçirdiyini bildirir.

“Bu məlumatlar beynəlxalq ictimai rəyi Suriyada daxili münaqişəyə hərbi güc tətbiqinin zəruriliyinə hazırlaşdırmaq məqsədi daşıya bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR