Səfir: “İran Xəzər dənizinin hərbiləşdirilməsinə qarşıdır”

Səfir: “İran Xəzər dənizinin hərbiləşdirilməsinə qarşıdır”
# 24 fevral 2014 10:17 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran Xəzər dənizinin hərbiləşdirilməsinə qarşıdır”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İranın Rusiyadakı səfiri Mehdi Sənayi Tehran şəhərində “İranın Xəzər dənizində mənafeyi” mövzusunda keçirilmiş seminarda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, belə bir vəziyyət Xəzəryanı ölkələr arasında gərginliyə yol aça bilər: “Xəzər dənizinin hərbiləşdirilməsinə icazə verilməməsi lazımdır. Bu dənizin xarici ölkələr üçün hərbi baza vəziyyətinə gətirilməsinə də tamamilə qarşı çıxmaq və belə bir vəziyyətdən qaçmaq lazımdır. Çünki belə bir vəziyyətin baş verməsi bölgədə istənməyən nəticələr doğura bilər”.

M.Sənayi həmçinin Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin köçürülməsi məqsədilə Xəzər dənizinin sahilində hərbi baza yaradıldığına dair yayılan xəbərlərə də münasibət bildirib: “Bununla bağlı heç bir rəsmi xəbər yoxdur. Ancaq İran belə bir vəziyyətin tamamilə əleyhinədir. Çünki bu, bölgənin təhlükəsizliyinə ziddir. İran Xəzər dənizinin xarici qüvvələr tərəfindən istifadə edilməsinə qarşıdır”.

Eyni zamanda səfir İran və keçmiş sovetlər birliyi arasında 1921 və 1940-cı illərində imzalanmış razılaşmalara da toxunub: “İndiyədək Xəzəryanı ölkələr arasında dənizin hüquqi statusunun müəyyənləşdirilməsi ilə balı müqavilə imzalanmadığına görə 1921 və 1940-cı illərdəki müqavilələr də etibarlıdır”.

M.Sənayi deyib ki, Xəzəryanı ölkələr arasında əməkdaşlıq zəruridir: “Bu istiqamətdə Xəzəryanı ölkələr arasında ortaq bir xəbər agentliyinin qurulmasını təklif edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR