Elmar Məmmədyarov Yaponiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

Elmar Məmmədyarov Yaponiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - <span style="color: red;">FOTO
# 22 noyabr 2013 14:45 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycana təyin olunmuş yeni səfiri Tsuquo Takahaşini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

E. Məmmədyarov T. Takahaşini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edərək diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycanla Yaponiya arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunaraq, xüsusilə ölkələr arasında enerji sahəsində uğurlu əməkdaşlıq, parlamentlərarası təmaslar və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib və iqtisadi əlaqələrin daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

T. Takahaşi diplomatik fəaliyyəti müddətində iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR