İran prezidenti dekabrın 17-də Türkiyəyə səfər edəcək

İran prezidenti dekabrın 17-də Türkiyəyə səfər edəcək
# 28 noyabr 2013 08:17 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İran prezidenti Həsən Ruhani dekabrın 17-də Türkiyəyə səfər edəcək.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “Twitter” səhifəsində yazıb.

Məlumatda bildirilir ki, H. Ruhani Türkiyəyə səfəri zamanı yüksək səviyyəli görüşlər keçirəcək və “Mövlana Şəb-i Əruz” adlı mərasimə qatılacaq.

Bundan sonra Türkiyə baş naziri Rəcəb Tayyıb Ərdoğanın İrana səfəri gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR