Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının subsidiyalaşmasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb

Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının subsidiyalaşmasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb
# 27 may 2013 10:37 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) Azərbaycan hökumətinə ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiya mexanizminin təkmilləşdirilməsi sahəsində öz təkliflərini təqdim edib. «APA-Economics»in məlumatına görə, bu barədə DB-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşşenko bildirib.

Onun sözlərinə görə, artıq DB sözügedən sahədə öz təhlillərini aparıb və təkliflərini Azərbaycan hökumətinə təqdim edib: «Hazırda bizim Azərbaycanla bu sahədə əməkdaşlığımız yoxdur. Lakin lazım gələrsə öz köməyimizi göstərməyə hazırıq. Bizim əsas təklifimiz subsidiyalaşmanın formasından asılı olmayaraq onun effektivliyinin təmin olunmasından ibarətdir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR