Sorğu: Rusiyalıların 1 faizi azərbaycanlıları özünə qardaş hesab edir

Sorğu: Rusiyalıların 1 faizi azərbaycanlıları özünə qardaş hesab edir
# 22 may 2014 15:18 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Ümumrusiya İctimai Rəyi Öyrənən Mərkəz (VTsİOM) Rusiya vətəndaşları arasında maraqlı sorğu keçirib. Sorğu zamanı respondentlər qardaş hesab etdikləri xalqları sadalayıblar.

APA-nın Moskva müxbiri xəbər verir ki, sorğu Rusiyanın 42 vilayət, əyalət və respublikalarının 130 yaşayış məntəqəsində yaşayan 1600 nəfər arasında keçirilib.

Sorğunun nəticələrinə görə, respondentlərin 79 faizi belarusları, 66 faizi ukraynalıları, 14 faizi qazaxları, 8 faizi Rusiya Federasiyası ərazisində yaşayan xalqları, 7 faizi erməniləri və tatarları özünə qardaş xalq hesab etdiyini açıqlayıb.

Rəyi soruşulanların 1 faizi isə azərbaycanlıları ruslara qardaş xalq kimi göstərib.

Sorğuda iştirak edənlərin 19 faizi qardaş xalqları eyni və yaxın köklərə malik xalqlar kimi, 14 faizi bir-birinə dəstək olan xalqlar kimi, 10 faizi sülh şəraitində yaşayan xalqlar kimi, 10 faizi mədəniyyətləri bir-birinə yaxın xalqlar kimi, 8 faizi isə dilləri oxşar xalqlar kimi xarakterizə edib.

Respondentlərin 22 faizi hesab edir ki, vahid xarici siyasəti olmayan xalqları qardaş adlandırmaq olmaz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR