Donetsk hava limanında hərbi aviasiyanın iştirakı ilə antiterror əməliyyatı keçirilir - FOTOSESSİYA

Donetsk hava limanında hərbi aviasiyanın iştirakı ilə antiterror əməliyyatı keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 26 may 2014 14:52 (UTC +04:00)

APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hökumət qüvvələri əvvəlcə terrorçulara silahı yerə qoymaq barədə ultimatum ünvanlayıblar, bu məqsədlə iki ədəd “Su-25” hərbi təyyarəsi xəbərdarlıq atəşi açıb. Təyyarə bütün növ silahlardan atəşə tutulduqdan sonra əməliyyat başlayıb.

İki ədəd “MiQ-29” təyyarəsi silahlı qrupa zərbələr endirib, bundan sonra silahlılar hava limanının ərazisinə dağılışıblar. Əməliyyata 4 ədəd “Mi-24” hərbi helikopteri də qoşulub. Terrorçuların zenit qurğusu hava zərbələri ilə məhv edilib. Helikopterlərdən hava limanı ərazisinə desant endirilib. Bütün jurnalistlər aeroportdan uzaqlaşdırılıb. Əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR