Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həsən Xəlilov universitetə məxsus saxta diplomu 10.000 ABŞ dollarına satarkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.