“Paris Azərbaycan Evi” Assosiasiyalar Forumunda iştirak edib - FOTO

“Paris Azərbaycan Evi” Assosiasiyalar Forumunda iştirak edib - <span style="color: red;">FOTO
# 06 sentyabr 2013 14:08 (UTC +04:00)

Bakı-APA. “Paris Azərbaycan Evi” Azərbaycanı Paris 16-cı bələdiyyə dairəsində təşkil olunmuş Assosiasiyalar Forumunda təmsil edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 92 nüfuzlu təşkilatın və qurumun, həmçinin yüzlərlə insanın qatıldığı forumda Azərbaycan Evi ölkəmizin tarixi və mədəniyyətindən bəhs edən brüşürlar, kitablar, milli xalça nümunələri, o cümlədən əl işləri nümayiş etdirib. Tədbir iştirakçıları və təşkilat üzvləri, həmçinin milli şirniyyatlarımızdan dadmaq imkanı da əldə ediblər.

Tədbir zamanı Pari deputatı, mer Claude Goasguen Azərbaycan Evi nümayəndələrini təbrik edərək, onlara işlərində uğurlar arzulayıb. Azərbaycan Evi, öz növbəsində merə hədiyyə olaraq ölkəmizi təmsil edən kitab və suvenir təqdim edib.

“Paris Azərbaycan Evi” foruma Azərbaycanın Fransadakı Səfirliyi və İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə foruma qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR