Azərbaycanda yanvar-aprel aylarında qeyri-neft sektorunda 2,8% artım olub

Azərbaycanda yanvar-aprel aylarında qeyri-neft sektorunda 2,8% artım olub
# 15 may 2013 09:53 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda sənaye sahələrində 11,3 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənayenin qeyri-neft sahələrində 2,8% artım, neft sektorunda isə 1,5% azalma müşahidə olunub.

İstehsalın ¾ hissəsi mədənçıxarma, 19,3%-i emal, 6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

«Qeyri-neft bölməsinin məhsullarından qida, içki, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompüter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilib», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR