APA-nın məlumatına görə, toplantıda MSK-nın 7 oktyabr 2013-cü il tarixli iclas protokolu təsdiq edilib.
Sonra iclasda MSK-ya daxil olan müraciətlərə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən bəzi seçki məntəqələrində qanun pozuntuları baş verməsi iddia edilən şikayət xarakterli müraciətlər təqdim edilib: “Lakin həmin şikayətlərin istinad olunduğu müvafiq aktların əsilləri deyil, sürətləri təqdim olunduğundan şikayətin hüquqi baxımdan əsası olmadığı qənaətinə gəlinməlidir. Çünki qanunvericiliyə uyğun olaraq araşdırma aparılması üçün sənədin əsli təqdim olunmalıdır”.
MSK katibi əlavə edib ki, G. Aslanlı ilə dəfələrlə əlaqə saxlanılıb və o aktların özünün gətirilməsi istənilib.
MSK G. Aslanlının bu müraciətini təmin etməyib.
Cari məsələlərin müzakirəsi zamanı MSK sədri Məzahir Pənahov bildirib ki, seçkidən sonra iki gün ərzində dairə seçki komissiyalarından protokolların hamısı MSK-ya daxil olub. Ümumi protokolların tərtib olunması baxımından göstəricilər artıb: “Demək olar ki, sənədlərin hazırlanmasında, protokolların tərtib edilməsində səhvlər yoxdur. Bu da aşağı seçki komissiya üzvlərinin peşəkarlığının artması ilə bağlıdır.
MSK Cəmil Həsənlinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verməsi barədə müraciətini əsassız hesab edib - VİDEO
13 oktyabr 2013 09:42 (UTC +04:00)
Daxili siyasət
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024