Bakı. Fuad Cəfərov - APA. Bakıda 37 yaşlı qadın intihar edib.
Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Pirallahı qəsəbəsi, 28-ci məhəllədə qeydə alınıb.
Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Könül Rəhman qızı Mustafayeva yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.