Daxili işlər naziri Şirvanda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri Şirvanda vətəndaşları qəbul edəcək
# 22 yanvar 2014 14:09 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili işlər naziri Ramil Usubov Şirvanda vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən cari ilin fevralın 22-də Şirvan şəhərində Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR