«Dəmirbank»ın aktivləri ötən il 6% artıb

«Dəmirbank»ın aktivləri ötən il 6% artıb
# 22 yanvar 2014 14:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 405,194 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,7% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 10,2% artaraq 309,906 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 163,360 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin əvvəlinə nisbətən 70,4% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi ötən il 4,7% azalaraq 12,204 mln. manata, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 0,7 faiz bəndi azalaraq 3,9%-ə düşüb.

Bankın depozit portfeli keçən il 14% artaraq 190,987 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 174,194 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 19,7% çoxdur.


Ötən il bankın məcmu kapitalı 6,3% artaraq 59,367 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 21,0 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 36,9% artaraq 50 836, o cümlədən fiziki şəxslərin sayı 38,6% artaraq 49 870, hüquqi şəxslərin sayı 7,4% azalaraq 966 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il yanvarın 1-nə 30 110-a bərabər olub ki, bu da illik müqayisədə 29,7% çoxdur. O cümlədən, debet kartların sayı 20,7% artaraq 22 665-ə, kredit kartların sayı 70,5% artaraq 7 455-ə çatıb.


Hazırda bankın ölkə üzrə 32 filialı, 59 bankomatı, 1 250 POS-terminalı fəaliyyət göstərir. Bankın 936 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR