İranda azərbaycanlı siyasi fəala pul cəriməsi kəsilib

İranda azərbaycanlı siyasi fəala pul cəriməsi kəsilib
# 30 iyul 2013 00:27 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranda azərbaycanlı siyasi fəal barəsində hökm oxunub. APA-nın məlumatına görə, Nəmin İnqilab Məhkəməsi tərəfindən Babək Roğəniyə 2 milyon tümən pul cəriməsi kəsib. Hakim Səid İsmayılnejad siyasi fəalı “Facebook” sosial şəbəkəsindəki fəaliyyətlərinə görə belə bir cəzaya məhkum edib. Belə ki, B. Roğəni sosial şəbəkədəki fəaliyyətlərinə görə İran dövlətinin milli təhlükəsizliyinə xələl gətirməkdə günahlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR