Qərib Məmmədov Qubada vətəndaşları qəbul edib - FOTO

Qərib Məmmədov Qubada vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 08 noyabr 2013 13:04 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Qubada vətəndaşları qəbul edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, görüşdə Quba, Xaçmaz, Qusar, Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarından olan sakinlər iştirak edib.

Vətəndaşların əksəriyyəti aqrar islahatlar zamanı yol verilən nöqsanlar, həyətyanı sahələrinin meşə fondunun ərazisinə düşməsi və digər onları narahat edən problemlərin həlli üçün komitə sədrinə müraciət edib.

Həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi, Rusiya və digər xarici ölkələrdə yaşayan şəxslərin torpaq islahatları zamanı adlarının yerli aqrar islahat komissiyası tərəfindən səhv siyahıya alınması da müraciətlərin əsasını təşkil edib. Komitə sədri Qərib Məmmədov müraciətlərin nəzarətə götürülərək həll olunacağını qeyd edib. O, həmçinin Qusar rayonun Kirik və Həzrə kəndlərinin sərhəd zonasında yerləşən ərazilərində aparılan islahata da toxunub.

Qəbul zamanı bəzi vətəndaşların müraciətləri elə yerindəcə həll edilib. Bəzi mübahisəli məsələlər isə yenidən araşdırılması üçün aidiyyəti qurumlara göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR