ABŞ İranı əməkdaşlığa çağırıb

ABŞ İranı əməkdaşlığa çağırıb
# 29 avqust 2013 08:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ dövlət katibi Con Kerri İranı bu ölkədə həbsdə olan iki vətəndaşını geri qaytarılması və 2007-ci ildə yoxa çıxmış bir vətəndaşının tapılması üçün əməkdaşlıq etməyə çağırıb.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, Con Kerri bununla bağlı yaydığı bəyanatında bildirib ki, ABŞ hörmətlə İrandan Robert Levinsonun tapılması üçün səy göstərməsi, həmçinin Səid Hikməti və Səid Abidininin ailələrinə təhvil verilməsi üçün əməkdaşlıq etməsini istəyib. Eyni zamanda bəyanatda İran prezidenti Həsən Ruhaninin əvvəlki çıxışlarında dünya ilə yaxşı əlaqələr qurmaq niyyətində olduğunu bildirməsinə toxunulub. C. Kerri İrandan S. Hikməti və S. Abidinini azadlığa buraxmağı və R. Levinsonu tapmaq üçün ABŞ-a yardım göstərməsini istəyib.

Qeyd edək ki, ikili vətəndaşlığa malik olan keşiş S. Abidini 2012-ci ilin sentyabrında İrana səfəri zamanı həbs edilib və milli təhlükəsizliyi pozmaqda günahlandırılaraq 8 il azadlıqdan məhrum edilib. Daha bir ikili vətəndaşlığa malik olan Ə. Hikməti isə 2011-ci ildə İrana səfəri zamanı tutulub və casusluqda günahlandırılaraq edam cəzasına məhkum edilib. Ancaq İran Ali Məhkəməsi hökmü təsdiqləməyib. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı olan R. Levinson 2006-cı ilin fevralında İranın Kiş adasında yoxa çıxıb və rəsmi Tehran onun durumundan məlumatsız olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR