«Bank Technique»in paytaxtda iki yeni şöbəsi açılıb

«Bank Technique»in paytaxtda iki yeni şöbəsi açılıb
# 20 sentyabr 2013 12:19 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Technique» ASC xidmət şəbəkəsinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədi ilə Bakı şəhərində daha iki şöbəsini açıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «İnşaatçılar» və «Neftçilər» adlanan yeni şöbələr müvafiq olaraq Yasamal rayonu, 528-ci məhəllə, Ə.Ələkbərov küç.,E və Nizami rayonu, Q.Qarayev pr-ti,115/9 ünvanında yerləşir.

Bu şöbələr yaxınlıqda yaşayan sakinlərin bank əməliyyatlarının əksəriyyətinin asanlıqla, vaxt itkisinə məruz qalmadan həll etmələrinə imkan yaradır.

Şöbələrin dəqiq yerlərini Bankın saytındakı «İnteraktiv xəritə» vasitəsilə müəyyən etmək olar.

Hazırda bankın xidmət şəbəkəsi 32 filial və 8 şöbəni əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR