Türkiyədə törədilmiş terror aktları ilə bağlı Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında bəyanat qəbul edilib

Türkiyədə törədilmiş terror aktları ilə bağlı Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında bəyanat qəbul edilib
# 14 may 2013 06:52 (UTC +04:00)

Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyindən APA-ya verilən məlumata görə, bəyanat Azərbaycanın təşəbbüsü ilə qəbul olunub.

Bəyanatda TŞ üzvləri terror aktını qətiyyətlə pisləyib, terror qurbanlarının ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı verib, bu cinayəti törədən, terroru təşkil edən, maliyyələşdirən və dəstəkləyən şəxslərin məsuliyyətə cəlb olunması vacibliyini qeyd ediblər.

Bununla yanaşı, TŞ üzvləri terrorun bütün növ və təzahürlərinin beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olduğunu, terror aktlarını, onların motivlərini, harada, nə vaxt və kim tərəfindən törədilməsindən asılı olmayaraq, cinayət hesab etdiklərini və bağışlanılmaz olduğunu vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR