İranla AEBA razılığa gəlib

İranla AEBA razılığa gəlib
# 22 may 2014 11:56 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əməkdaşlığın davam etdirilməsi barədə 5 maddəlik razılaşma əldə olunub.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, tərəflər bununla bağlı mayın 21-də birgə yaydıqları bəyanatda bildiriblər. Sənəddə həmin praktiki addımların avqustun 25-dək həyata keçirilməsinin planlaşdırıldığı qeyd olunub.

İranın AEBA-dakı daimi nümayəndəsi Rza Nəcəfi bildirib ki, beş praktik addımdan üçü mövcud cari məsələlər, ikisi isə keçmiş məsələlərlə bağlıdır.

Qeyd edək ki, mayın 20-də Tehranda İranla AEBA arasında növbəti texniki müzakirələr keçirilib. İran indiyədək AEBA ilə əldə etdiyi iki razılaşma ilə 13 praktiki addımı icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR