Mahaçqalada 2 silahlı öldürülüb

Mahaçqalada 2 silahlı öldürülüb
# 27 noyabr 2013 01:33 (UTC +04:00)

Bakı-APA. Dağıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqalanın ətrafında 2 silahlı öldürüb. APA-nın məlumatına görə, bu barədə “İnterfaks” Dağıstan DİN-ə istinadən xəbər yayıb.

“Yeni Xuşet kəndində həyata keçirilən xüsusi əməliyyat zamanı qanunsuz silahlı qruplaşmanın üzvləri ilə atışma baş verib. İlkin məlumata görə, iki silahlı şəxs öldürülüb”, deyə DİN-dən bildirilib.

Məlumata görə, silahlıların olduğu ev mühasirəyə alınıb, əməliyyatın sabah davam etdirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR