Bakı-Şamaxı-Yevlax avtomobil yolu gələn il istismara veriləcək - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolu gələn il istismara veriləcək - <span style="color: red;">FOTO
# 30 oktyabr 2013 08:16 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-45 km hissəsinin əlavə 2 hərəkət zolağı tikilməklə, 1-ci texniki dərəcəli və dörd zolağa çatdırılması hazırda davam etdirilir. Yol boyu 4 avtobus dayanacağı, 1 yerüstü, 1 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulub.

«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, bu yolda həmçinin 34 dairəvi, 8 düzbucaqlı borunun tikintisi planlaşdırılır.

P.Mürsəliyev bildirib ki, yolun 10 km hissəsinə ikiqat asfalt-beton örtük döşənib. Hazırda 26 km hissədə torpaq işləri, boruların və mal-qara üçün keçidlərin tikintisi həyata keçirilir.

Qeyd edək ki, tikinti işlərinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR