Bakı. Fuad Cəfərov - APA. Bakıda intihara cəhd olunub. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Mirzə Davud küçəsində qeydə alınıb. 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ceyhun Əliyev yaşadığı mənzildə özünü bıçaqlayaraq intihara cəhd edib. C. Əliyev xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.