Bir neçə ölkənin prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib

Bir neçə ölkənin prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib
# 23 oktyabr 2013 15:08 (UTC +04:00)

APA-nın məlumatına görə, yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə İ. Əliyevi təbrik edən İsveçrə lideri ali dövləti vəzifənizdə ona yeni uğurlar, ölkəmizə isə rifah və tərəqqi arzulayıb.

“İsveçrə ölkələrimiz arasında təşəkkül tapmış yaxın dostluq əlaqələrini yüksək dəyərləndirir. Əminəm ki, hazırda mövcud yüksək səviyyəli münasibətlərimiz gələcəkdə daha da genişlənəcək və inkişaf edəcək”, - deyə təbrikdə deyilir.

Sinqapur prezidenti Toni Tan Ken Yam, İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Aviqdor Liberman, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Xəlifə bin Zaid Al Nəhəyan, BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum, Küveytin “Əl-Nəvadi Holding” şirkəti İdarə Heyətinin sədri və səlahiyyətli üzvü Şeyx Təlal Əli Abdullah Əl-Cabir Əl-Sabah, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının idarə heyətinin sədri Bilal Dündar, Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov da Azərbaycan prezidentinə təbrik ünvanlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR