Con Kerri: BMT Suriyaya dair qətnaməni gələn həftə qəbul etməlidir

Con Kerri: BMT Suriyaya dair qətnaməni gələn həftə qəbul etməlidir
# 20 sentyabr 2013 01:00 (UTC +04:00)

Bakı-APA. BMT Təhlükəsizlik Şurası Suriyaya dair qətnaməni gələn həftə qəbul etməlidir. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib. “BMT Təhlükəsizlik Şurası gələn həftə lazımi addımların atılmasına hazır olmalıdır”, deyə o bildirib.

Kerrinin sözlərinə görə, “BMT-nin qurumun başlıca prinsiplərinə uyğunluğunu təmin etmək üçün və mümkün mexanizmlərdən ən sərt variantı nəzərdə tutan məcburi qətnamənin qəbulu üçün hamının dəstək verməsi lazım olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR