İordaniya Suriya səfirini qovub

İordaniya Suriya səfirini qovub
# 26 may 2014 15:10 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Suriya səfiri diplomatik protokolu pozduğu üçün İordaniyadan qovulub.


APA-nın "Reuters"ə istinadən xəbərinə görə, İordaniya tərəfi diplomatik normaları pozduğuna görə Suriya səfirinə 24 saat ərzində ölkəni tərk etmək barədə xəbərdarlıq edib.


İordaniya XİN-dən bildirilib ki, səfir Behcət Süleyman sosial mediada İordaniyanı və onun Körfəz müttəfiqlərini tənqid edib.

Qeyd edək ki, səfir sosial şəbəkədə İordaniyanı Suriyaya prezident Bəşər Əsədin qüvvələrinə qarşı döyüşən islamçı qüvvələr göndərməkdə, Suriya ordusundan qaçan yüzlərlə əsgəri "cənnət"lə təmin edərək Səudiyyə Ərəbistanı ilə birgə onlara hərbi məşqlərin keçirilməsinə yardımçı olmaqda və onları üsyançı qüvvələrin tərkibinə qatmaqda ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR