“Westgold” yağlarının sirri... - VİDEO

“Westgold” yağlarının sirri... - <span style="color: red;">VİDEO
# 22 may 2014 16:59 (UTC +04:00)

Bakı-APA. Bakıda 35 ölkənin iştirak etdiyi XX Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinə 173 şirkət qatılıb. Bu siyahıda MDB və Avropa ölkələrindən gələn şirkətlər üstünlük təşkil edir. Yeni Zelandiyanın West Product Marketing şirkəti sərgidə özünün iki çeşid yağ məhsulları - Westgold və Golden Grown yağları ilə təmsil edilir. Şirkətin Azərbaycan üzrə təmsilçisi Qalib Mahmudov deyir ki, 2003-cü ildən fəaliyyət göstərən şirkət Azərbaycanın ərzaq sənayesində ən böyük distribyuter şirkətlərindən biridir. Şirkət kərə yağı, əridilmiş kərə yağı və pendir kimi süd məhsullarının distribyutorluğu üzrə ixtisaslaşıb.

Onun sözlərinə görə, şirkət sərgidə “Westgold” və “Golden Crown” yağları ilə təmsil olunur: “Golden Crown 1 kiloqramlıq qablarda, Westgold isə 200 qram, 500 qram, 1 kiloqram, 2 kiloqram, 5 kiloqramlıq qablarda satışa çıxarılıb. Bu yaxınlarda 2,5 kiloqramlıq qablarda qablaşdırılmış yağlarımız da ölkəyə gətiriləcək”.

Yeni Zelandiya sahilləri öz təbii gözəlliyi, münbit əraziləri, təmiz gölləri və çayları, dünyaca məşhur buzlaqları və meşələri ilə tanınır. Bu ərazi Sakit okeanın cənub qərbində yerləşir. İki böyük adadan - Şimal ada və Cənub adalarından və çoxsaylı kiçik adalardan ibarətdir. Yeni Zelandiyanın cənub adasının qərb sahili Westland adlanır və digər bölgələr ilə müqayisədə Westlandda günəşli saatların miqdarı daha çoxdur. “Westgold” yağının diyarı olan bu bölgədə ilin böyük hissəsi subtropik iqlim şəraiti müşahidə olunur. Dağların və çəmənliklərin yamyaşıl örtüyü buna əyani sübutdur. Bol yağıntı və il ərzində 2 000 saatlıq günəşli hava şəraiti yaşıl otlaqların inkişafına müsbət təsir göstərir. Əlverişsiz hava şəraitində isə inəklər xüsusi qaydada konservasiya olunan yaşıl ot yeyirlər.

Qalib Mahmudovun sözlərinə görə, il ərzində yaşıl ot yeyən “Westgold” inəklərinin südü daha təbii və dadlı olur: “Bu süddən hazırlanan “Westgold” yağı da süddə olan təbii qaymaq dadını qoruyur. Yeməklərə xüsusi damaq dadı qatan “Westgold” yağının sirri məhz bu təbii qaymaq dadıdır. Bu yağın rənginin sarı olmasının səbəbi də inəklərin məhz il ərzində yaşıl ot yeməsidir”.

West Product Marketing şirkətinin təmsilçisi deyir ki, bu məhsulları ölkənin bütün iri super-market və marketlərindən almaq mümkündür. Qeyd edək ki, West Product Marketing şirkətinin məhsulları ölkəmizə Yeni Zelandiyada tam istehsal edilib paketləndikdən sonra idxal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR