Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhərlərdə ərazi idarələri yaradılacaq

Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhərlərdə ərazi idarələri yaradılacaq
# 10 may 2014 09:43 (UTC +04:00)

APA-Economics” xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev məlumat verib.

Nazir müavini deyib ki, ölkədə fermerlərin sayı artıb, bu ərazi idarələri fermerlərə işlərində yardım edəcək.

“Ölkənin şəhər və rayonlarında yaradılacaq ərazi idarələri fermerlərə xidmət, subsidiyaların verilməsinin təkmilləşdirilməsi kimi məsələlərin həllinə köməklik göstərəcək”, - deyə o bildirib.

İ. Quliyev əlavə edib ki, hazırda məsələ ilə bağlı struktur qurulur, layihə hazır olduqdan sonra hökumətə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR