ARDNŞ “Bulla-dəniz” yatağındakı quyunun bağlanması üçün zəruri avadanlıqlar quraşdırır

ARDNŞ “Bulla-dəniz” yatağındakı quyunun bağlanması üçün zəruri avadanlıqlar quraşdırır
# 05 sentyabr 2013 11:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzər dənizindəki “Bulla-dəniz” yatağındakı 90 saylı quyunun qazma meydançasında qəzanın aradan qaldırılması işləri davam etdirilir.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, “Bulla-dəniz” yatağındakı 90 saylı quyuda qazma zamanı baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə aparılan işlər sentyabrın 4-də də davam etdirilib.

Gün ərzində meydançanın cənub hissəsi yanğınsöndürmə gəmilərinin dəstəyi və “Z.Hacıyev” kran gəmisi vasitəsi ilə artıq əşyalardan tam təmizlənib. Meydançanın digər sahələrinin də təmizlənməsi və qəza-ləğvetmə işlərinin sonrakı ardıcıllıqla həyata keçirilməsi planlaşdırılır.

Paralel olaraq ARDNŞ-ın və ABŞ-ın “Halliburton” şirkətinin “BOOTS & COOTS” servis xidməti mütəxəssislərinin quyuda qaz təzahürünün aradan qaldırılması və quyunun bağlanması istiqamətində birgə işlərə başlaması üçün Xəzər Dəniz Neft Donanmasına məxsus “Qurban Abbasov” kran gəmisində zəruri avadanlıqların quraşdırılması da davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR