Azərbaycanlılar Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiriblər - FOTOSESSİYA

Azərbaycanlılar Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiriblər - <span style="color: red;">FOTOSESSİYA
# 26 fevral 2014 15:35 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Aksiya Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar təşkil olunub.

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox azərbaycanlı iştirak edib. Aksiyada çıxış edən BAK-ın sədri Sahil Qasımov, təşkilatın vitse-prezidenti Elsevər Məmmədov Avropa Parlamentindən Xocalı soyqırımının qəbul olunmasını və hüquqi qiymət verilməsini tələb ediblər.

Etiraz mitinqi daha sonra yürüşlə davam edib. Əllərində Azərbaycan bayraqları və “Xocalıya ədalət” tələb edən plakatlar tutmuş nümayişçilər etiraz aksiyasını Ermənistan səfirliyi qarşısında başa çatdırıblar. Mitinqdən sonra Brüsseldəki mərkəzi otellərdən birinin kino zalında “Xoca“ filmi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR