Cəzaçəkmə müəssisəsində məhkumdan mobil telefon götürülüb

Cəzaçəkmə müəssisəsində məhkumdan mobil telefon götürülüb
# 29 oktyabr 2013 08:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar Xidmətin və 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər həyata keçirilir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1970-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 220.1, 315.2, 66.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Fəxrəddin Sadıxov Nağı oğlunun kamerasına baxış keçirilib. Bu zaman gizli saxlanc yerindən 1 ədəd “Nokia 311” markalı mobil telefon aparatı, 1 ədəd “Sim” danışıq kartı, 1 ədəd elektrik qidalandırıcısı və 3 ədəd yaddaş kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR