Astara şəhəri ABŞ-ın San-Diyeqo şəhəri ilə qardaşlaşacaq

Astara şəhəri ABŞ-ın San-Diyeqo şəhəri ilə qardaşlaşacaq
# 10 dekabr 2013 14:28 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. ABŞ-ın Müvəqqəti İşlər vəkili Derek Hoqan Astara rayonunda olub. APA-nın cənub bürosunun məlumatına görə, qonaq öncə Astara Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Qəzənfər Ağayevlə görüşüb.

APA-nın cənub bürosunun məlumatına görə, Q. Ağayev rayonun sosial-iqtisadi inkişafı, aqrar məsələlər, əhalinin məşğuliyyəti və rayonda fəaliyyət göstərən sənaye və emal müəssisələri haqqında qonağı ətraflı məlumatlandırıb. Astara rayonunun İran İslam Respublikası ilə sərhəddə yerləşdiyinə görə mühüm strateji əhəmiyyət daşıması, bununla əlaqədar ölkə rəhbərliyi tərəfindən rayona daim diqqət və qayğı göstərilməsi, abadlıq və quruculuq işlərinin ilbəil genişləndirilməsi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun fəaliyyətinin daha da yaxşılaşdırılması, xüsusən son aylarda bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsi xüsusi qeyd olunub.

Görüşdə Azərbaycan Respublikası və ABŞ arasında dostluq əlaqələrinin bundan sonra da davam etdirilməsində belə görüşlərin mühüm əhəmiyyət daşıdığı qeyd olunaraq, Azərbaycanın Astara rayonu ilə ABŞ-ın Kaliforniya ştatının sərhədində yerləşən San-Diyeqo şəhərinin qardaşlaşması təklif irəli sürülüb.

ABŞ Müvəqqəti İşlər vəkili Derek Hoqan səmimi qəbula görə RİH-nin minnətdarlığını çatdıraraq, Azərbaycanın gözəl və səfalı guşələrindən olan Astaraya bundan sonra da tez-tez səfər edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR