ADP sədrinin müavini məhkəmə qərarı ilə 220 saat müddətində məcburi əməyə cəlb edilib

ADP sədrinin müavini məhkəmə qərarı ilə 220 saat müddətində məcburi əməyə cəlb edilib
# 09 may 2013 11:25 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacıyev məhkəmənin qərarı ilə məcburi əməyə cəlb edilib.

ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərovun sədrliyi ilə ötən gün keçirilən məhkəmə iclasında C. Hacıyevin 220 saat müddətində məcburi əməyə cəlb edilməsi haqda qərar çıxarılıb.

Qeyd edək ki, C. Hacıyev yanvarın 12-də paytaxtda keçirilən “Əsgər ölümlərinə son” aksiyasında iştirak zamanı saxlanılıb. Məhkəmə onun hərəkətlərini ictimai asayişin pozulması kimi dəyərləndirərək, 500 manat məbləğində cərimə kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR