Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneulidə 9 Aprel və 20 Yanvar faciələri anılıb - FOTO

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneulidə 9 Aprel və 20 Yanvar faciələri anılıb - <span style="color: red;">FOTO
# 04 aprel 2014 21:50 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri BİİB-nin sədri Məhəmmət İmanov açaraq 9 Aprel faciəsini azadlığa gedən yol adlandırıb: “9 Aprel aksiyası Gürcüstanın müstəqilliyi uğrunda mübarizə tarixi idi. Bu azadlığı Sovet qoşunları boğub və 9 Apreldə Tiflisdə 21 nəfər faciə qurbanı olub və yüzlərlə insan qazdan zəhərlənib. 9 Aprel və 20 yanvar faciələri Gürcüstan və Azərbaycanın azadlığının başlanğıcı olub. 1990-cı ildə Bakıda 24 il bundan əvvəl baş verən 20 Yanvar günündə qan ilə yazılan faciə baş verdi və bu iki faciə Gürcüstan və Azərbaycanın tarixində qəhrəmanlıq günü kimi qeyd olunub. Azərbaycan və gürcü xalqı azadlıq sevən bir xalqdır.”

Tədbirdə Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya çıxış edərək BİİB-nə 9 Aprel faciəsinə həsr olunan tədbiri təşkil etdiyinə görə minnətdarlığını bildirib. Sonra o, 9 Aprel faciəsinin baş vermə səbəblərindən və Rusiyanın Gürcüstanın və Azərbaycanın müstəqilliyini böğmaq üçün həyata keçirdiyi qanlı tədbirlər barədə tarixi faktlar göstərib. O, 1989-cu ildə 9 Aprel facəsinin Abxaz Dövlət Universitetində başlandığını və bu elm ocağında elmi mübarizə getdiyini, sonra Tiflis Dövlət Universitetinin Suxumi filialının yarandığını və abxazların Gürcüstandan ayrılmaq üçün 30 minlik mitinqi keçirdiyini və mitinqlərin aprelin əvvəllərində Tiflisdə, eyni zamanda aprelin 5-6-da bütün Gürcüstanı əhatə etdiyini bildirib.

Gürcü tarixçi alim çıxışında gürcü xalqının 9 Apreldə Müstəqillik Aktı əldə etdiyini bildirib: “Apreldə bütün Gürcüstan Sovet İttifaqından ayrıldığını elan edib. Yanvarın 20-də isə Azərbaycanda müstəqilliyə ilk addım olan böyük 20 Yanvar faciəsi yaşanıb və Sovet ordusu tərəfindən törədilən Qanlı Yanvar hadisələri zamanı Bakı şəhərində 131 nəfər həlak olub, faciə zamanı yaralananların sayı 800, həbs olunanların və itkin düşənlərin sayı isə 1000 nəfərdən çox olub. Moskva istəyir ki, bizi bir-birimizdən ayırsın. Azərbaycanı Gürcüstandan, Gürcüstanı isə Azərbaycandan qopartmaq çətindir. Biz bir-birimizin ağrısını və hissini duymalıyıq. Iki xalqın problemi və gələcəyi də eynidir”, - gürcü tarixçi alimi bildirib.

Tədbirdə 9 aprel faciəsini əks etdirən fotoların sərgisi də keçirilib, film nümayiş edilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı İlyas Məmmədov və ictimaiyyət nümayəndələri, gənclər, QHT rəhbərləri və jurnalistlər iştirak edib.

Quram Marxuliya APA-ya açıqlamasında gürcü və Azərbaycan xalqının faciələri birlikdə yaşadığını, eyni zamanda, birlikdə müstəqil dövlətlər qurduğunu bildirib: “Azərbaycan bu gün hərtərəfli Gürcüstanı dəstəkləyir. Biz birlikdə dövlətlərimizin ərazi bütövlüyünün bərpa olunması üçün mübarizə aparmalıyıq.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR